EN

Tramp bazara “inamlı” mesajı neft qiymətini yenidən 100 $-bareldən aşağl salıb

Neft qiymətləri çərşənbə axşamı əvvəlki sessiyada üç ildən artıq müddətin ən yüksək səviyyəsinə çatdıqdan sonra ucuzlaşıb. Banker.az xəbər verir ki, buna səbəb ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdə müharibənin tezliklə başa çata biləcəyini deməsi və qlobal tədarükün uzun müddət pozulacağı ilə bağlı narahatlıqların azalması olub.

Brent  fyuçersləri (Bakı vaxtı ilə 8:45-də) London birjasında 4.17 dollar və ya 4.2% azalaraq bir barel üçün 94.79 dollar olub. ABŞ-ın WTI markalı nefti isə 3.81 dollar və ya 4% ucuzlaşaraq 90.96 dollara düşüb. Günün əvvəlində hər iki kontrakt 11%-ə qədər geriləmişdi.

Bazar ertəsi neft qiymətləri 100 dolları keçərək 2022-ci ilin ortalarından bəri ən yüksək səviyyəyə çatmışdı. Buna Səudiyyə Ərəbistanı və digər istehsalçıların hasilatı azaltması və İranla müharibə fonunda tədarükün pozula biləcəyi ilə bağlı narahatlıqlar səbəb olmuşdu.

Qiymətlər daha sonra Rusiya prezidenti Vladimir Putinin Tramp ilə telefon danışığından və münaqişənin tez həlli ilə bağlı təkliflərdən sonra gerilədi.

Analitik Priyanka Sachdeva bildirib ki, Rusiyanın neftinə sanksiyaların yumşaldılması ehtimalı və G7 ölkələrinin strateji ehtiyatlardan istifadə imkanları bazara tədarükün davam edə biləcəyi mesajını verib.

Bu arada İranın İslam İnqilabi Keşikçiləri (SEPAH) bildirib ki, ABŞ və İsrail hücumları davam edərsə, regiondan “bir litr belə neftin ixracına” icazə verilməyəcək.

Chosen
59
banker.az

1Sources