EN

UEFA Çempionlar Liqası: Qalatasaray Liverpul matçı ilə 1/8 final mərhələsi başlayır

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə start veriləcək.

BAKU.WS xəbər verir ki, bu gün dörd oyun keçiriləcək.

Günün ilk qarşılaşması Türkiyə təmsilçisi "Qalatasaray" və İngiltərənin "Liverpul" komandasını arasında baş tutacaq.

Almaniya çempionu "Bavariya" İtaliyada "Atalanta"nın, İngiltərənin "Tottenhem" klubu isə İspaniyada "Atletiko"nun qonağı olacaq.

Pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdıran İngiltərənin "Nyukasl" komandası İspaniya təmsilçisi "Barselona" ilə münasibətlərə aydınqlıq gətirəcək.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

10 mart

21:45. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)

00:00. "Atletiko" (İspaniya) - "Tottenhem" (İngiltərə)

00:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)

00:00. "Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin digər qarşılaşmaları martın 11-də baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
4
baku.ws

10Sources