UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə bu gün start veriləcək.


Rekord.az xəbər verir ki, bu gün dörd oyun keçiriləcək.


Türkiyə təmsilçisi "Qalatasaray" İngiltərənin "Liverpul" komandasını qəbul edəcək.


Almaniya çempionu "Bavariya" İtaliyada "Atalanta"nın, İngiltərənin "Tottenhem" klubu isə İspaniyada "Atletiko"nun qonağı olacaq.


Pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdıran İngiltərənin "Nyukasl" komandası İspaniya təmsilçisi "Barselona" ilə münasibətlərə aydınlıq gətirəcək.


Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin digər qarşılaşmaları martın 11-də baş tutacaq.


UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

10 mart


21:45. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)

00:00. "Atletiko" (İspaniya) - "Tottenhem" (İngiltərə)

00:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)

00:00. "Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya)