EN

Zöhrab Gözəlbəyli CEV Kubokunun yarımfinal oyununa supervayzer təyin edilib

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.

AVF-dən "Far.Az"a verilən məlumata görə, qurum rəsmisi qadın voleybolçular arasında CEV Kubokunun yarımfinal mərhələsində Türkiyənin "Qalatasaray" və Rumıniyanın "Voluntari" komandaları arasında keçiriləcək oyunda supervayzer kimi fəaliyyət göstərəcək.

Martın 11-də Türkiyədə baş tutacaq qarşılaşmanı serbiyalı Darko Saviç və litvalı Sergey Rodin idarə edəcəklər.

Chosen
65
1
far.az

4Sources