AZ

Zöhrab Gözəlbəyli CEV Kubokunun yarımfinal oyununa supervayzer təyin edilib

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.

Bildirilib ki, qurum rəsmisi qadın voleybolçular arasında CEV Kubokunun yarımfinal mərhələsində Türkiyənin “Qalatasaray” və Rumıniyanın “Voluntari” komandaları arasında keçiriləcək oyunda supervayzer kimi fəaliyyət göstərəcək.

Martın 11-də Türkiyədə baş tutacaq qarşılaşmanı serbiyalı Darko Saviç və litvalı Sergey Rodin idarə edəcəklər.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
2
icma.az

4Mənbələr