EN

Nusretin Dubaydan VİDEOsu diqqət çəkdi

Milli.az saytına istinadən ain.az xəbər verir.

Dünyaca məşhur türkiyəli aşpaz və iş adamı Nusret Gökçe yenidən Dubai şəhərinə yollanıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur restoranlar şəbəkəsinin sahibi Dubaya çatdıqdan sonra sosial şəbəkə hesabında video paylaşaraq şəhərə olan sevgisini dilə gətirib. O, paylaşımında "Evə qayıtdım. Möhtəşəm insanlar, möhtəşəm şəhər. Biz buradayıq və birlikdəyik" sözlərini yazıb.

Bölgədə baş verən siyasi gərginliklərə baxmayaraq, Nusret paylaşımında Dubayın təhlükəsiz və rahat şəhər olduğunu vurğulayıb. Onun bu sözləri sosial mediada izləyicilərin diqqətini çəkib və müxtəlif şərhlərlə qarşılanıb.

Qeyd edək ki, Nusret Gökçe dünyanın bir çox ölkəsində fəaliyyət göstərən restoranları və sosial mediada paylaşdığı videolar sayəsində geniş məşhurluq qazanıb.

Musa

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
40
1
news.milli.az

2Sources