Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün start veriləcək.
Offsideplus.az xəbər verir ki, günün ilk oyunu İstanbulda baş tutacaq.
"Qalatasaray" "Liverpul"u qəbul edəcək. Bu komandalar Liqa mərhələsində də üz-üzə gəlmiş, "sarı-qırmızılar" 1:0 hesablı qələbə qazanmışdı.
"Barselona" isə "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Nyukasl"ın qonağı olacaq.
Günün oyunları belədir:
Çempionlar Liqası, 1/8 final mərhələsi ilk oyunlar
21:45 "Qalatasaray" - "Liverpul"
00:00 "Nyukasl" - "Barselona"
00:00 "Atalanta" - "Bayern Münhen"
00:00 "Atletiko" (Madrid) - "Tottenhem"