İtaliyanın "Komo" klubunun baş məşqçisi Sesk Fabreqas "Real Madrid"in yeni baş məşqçisi ola bilər.
Fanat.Az xəbər verir ki, bu iddia "El Desmarque" nəşrinin jurnalisti Xorxe Pikona məxsusdur.
Mənbənin məlumatına görə, Madrid nəhəngi gənc mütəxəssisi komandanın yeni baş məşqçisi kimi nəzərdən keçirir. Fabreqasın İtaliyadakı işi "Los Blancos" rəhbərliyini heyran edib.
Kataloniya klubunun yetirməsi olan 38 yaşlı Fabreqas "Barselona"nın əsas komandasında üç il oynayıb və 2012/13 mövsümündə La Liqanın qalibi olub.
İspaniyalı mütəxəssisin rəhbərliyi altında "Komo" hazırda A Seriyasının turnir cədvəlində beşinci yerdədir.