EN

Epşteynə məxsus fermada axtarışa başlanıldı - Qadın cəsədləri...

Nyu-Meksikoda müstəntiqlər vaxtilə Ceffri Epşteynə məxsus olan fermada axtarışa başlayıblar. 

"Unikal" xəbər verir ki, həbsxanada ölən iş adamı və onun əməkdaşları qadın və qızlara cinsi istismar etməkdə ittiham olunurlar. 

ABŞ Ədliyyə Nazirliyi tərəfindən yanvar ayında dərc edilmiş sənədlərdəki yeni məlumatlara görə, Epşteyn iki əcnəbi qızın cəsədinin sözügedən ərazidə basdırılmasını tapşırıb. 

"Nyu-Meksiko Ədliyyə Nazirliyi ictimaiyyəti müvafiq şəkildə məlumatlandırmağa, sağ qalanları dəstəkləməyə və faktları izləməyə davam edəcək", - deyə bəyanatda qeyd olunub. 

Epşteynin mülkü əmlakı 2023-cü ildə Texaslı iş adamı Don Hoppinə satıb. Nyu-Meksiko Ədliyyə Nazirliyi bildirib ki, yeni sahiblər istintaqla əməkdaşlıq edir və axtarışlar üçün əmlaka girişə icazə veriblər.

Ağarza Elçinoğlu

Chosen
7
1
unikal.az

2Sources