EN

Turan Tovuz un qapıçısından əla göstərici: 778 ə çatdı

ain.az bildirir, Qol.az portalına istinadən.

"Turan Tovuz"un qapıçısından əla göstərici: 778-ə çatdı

“Turan Tovuz”un qapıçısı Sergey Samok Premyer Liqada meydana çıxdığı ardıcıl 8-ci oyunda qapısını toxunulmaz saxlayıb.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 23-cü turunun “Neftçi” ilə görüşündə (1:0) qapısını toxunulmaz saxlayan qolkiper cari mövsüm meydana çıxdığı 6 matçın heç birində qol buraxmayıb.

Samok ötən çempionatın son iki turunda da “quru oyun” keçirib. O, sonuncu dəfə 2024/25 mövsümünün 34-cü turunda qol buraxıb.

Rusiyalı qapıçı “Neftçi” ilə 2025-ci il mayın 10-da baş tutan ev matçında (1:2) rəqibin fərqlənməsinə mane ola bilməyib. Həmin görüşdə sonuncu qolu 32-ci dəqiqədə Dembo Darbo vurub. Buraxılan topdan sonra Samok quru dəqiqələrinin sayını 778-ə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
73
13
qol.az

10Sources