EN

PSJ-nin koreyalısı İspaniya yolunda - Danışıqlar başladı

PSJ-nin hücumçusu Li Kanq-İn bu yay Fransa nəhəngindən ayrıla bilər. 

Fanat.Az "Sky Sports"-a istinadən xəbər verir ki, 

Mənbənin məlumatına görə, "Atletiko Madrid" koreyalı oyunçu ilə ciddi maraqlanır. Madrid klubu yaxın gələcəkdə MLS-ə keçməyi planlaşdıran Antuan Qrizmannın gedişinə hazırlaşdığı üçün hücumçunu əldə etməkdə maraqlıdır. "Atletiko" nümayəndələri mümkün transferlə bağlı Li Kanq-inin agenti ilə əlaqə saxlayıblar. PSJ rəhbərliyi hücumçunun müqaviləsini uzatmaq niyyətindədir, lakin tərəflər razılığa gələ bilməsələr, parislilər hücumçunu 40 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, koreyalı futbolçu PSJ-yə 2023-cü ildə "Malyorka"dan 22 milyon avro qarşılığında transfer olunub.

Chosen
24
1
fanat.az

2Sources