EN

Eldar deleqasiyadan ayrıldığını açıqladı

ain.az, Olay.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avroviziya qalibimiz Eldar Qasımov deleqasiyadan ayrıldığını açıqlayıb.

OLAY yazır ki, bu barədə Eldar instaqram kanalında yazıb.

Qasımov builki mahnımızla bağlı yazılan tənqidlərə cavab olaraq “Yaxşısınız? Mən bu il nümayəndə heyətində yoxam”, - deyə, vurğulayıb.Qeyd edək ki, Eldar deleqasiyanın musiqi prodüseri idi.

Onu da xatırladaq ki, Avroviziya mahnımız ötən gün təqdim olunub. Jiva-nın səsləndirdiyi “Just go” əksər izləyici tərəfindən bəyənilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
1
olay.az

2Sources