“Avroviziya” qalibimiz Eldar Qasımov deleqasiyadan ayrıldığını açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Eldar instaqram hesabında yazıb.
Qasımov builki mahnımızla bağlı yazılan tənqidlərə cavab olaraq “Yaxşısınız? Mən bu il nümayəndə heyətində yoxam”, - deyə vurğulayıb.
Qeyd edək ki, Eldar deleqasiyanın musiqi prodüseri idi.
Onu da xatırladaq ki, “Avroviziya” mahnımız ötən gün təqdim olunub. "Jiva"-nın səsləndirdiyi “Just go” əksər izləyici tərəfindən bəyənilməyib.
Könül
Musavat.com
