Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.
İspaniyalı məşqçi Xabi Alonso cari mövsümdən sonra “Liverpul”un baş məşqçisi ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “OK Diario” nəşri məlumat yayıb.
Nəşrin məlumatlna görə, İngiltərə klubu ilə Alonso arasında artıq əməkdaşlıqla bağlı şifahi razılaşma var.
Nəşrin yazdığına görə, tərəflərin üç illik müqavilə imzalayacağı gözlənilir.
Ancaq müqavilənin icrası “Liverpul”un hazırkı baş məşqçi Arne Slotun rəhbərliyi altındakı performansından asılı olacaq.
Belə ki, İngiltərə klubu bu mövsüm UEFA Çempionlar Liqasında qalib gələrsə, Alonso ilə razılaşma qüvvədən düşə bilər.
“Liverpul” nümayəndələri ilə Alonsonun nümayəndələri arasında ilk qeyri-rəsmi təmaslar noyabrın sonlarında, baş məşqşinin əvvəlki vəzifəsindəki performansına görə təzyiq altında olduğu zaman baş tutub. Daha sonra klub rəhbərliyi ispan məşqçini növbəti mövsüm üçün gətirmək imkanlarını araşdırmağa başlayıb.
Qeyd edək ki, Alonso bu ilin yanvar ayının ortalarında, klubdakı ilk mövsümündə “Real Madrid”lə yollarını ayırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.