EN

“Ukrayna ordusu Yaxın Şərqdə dəyərli mütəxəssislərini itirə bilər” - Hərbi ekspert

Ukrayna Silahlı Qüvvələri Yaxın Şərq münaqişə zonasına göndərilən son dərəcə dəyərli əks-dron mütəxəssislərini itirə bilər.

Herbiand.az bildirir ki, bunu hərbi ekspert və ehtiyatda olan I dərəcəli kapitan Vasili Dandıkin deyib.

Onun sözlərinə görə, Vladimir Zelenski buna cavab olaraq çətin ki, ABŞ prezidenti Donald Trampdan əhəmiyyətli siyasi və ya hərbi dəstək alsın: “Lazımdır ki, onlar evə qayıtmasınlar. Ora neçə nəfər gedəcək? Hesab üzrə ən təcrübəlilərini göndərmək lazımdır. Zelenski qarşılığında nəsə almağa ümid edir, amma çətin ki, alsın. Bəlkə də Trampdan bir təşəkkür. Zelenski böyük sahibinə toxunmağı arzulayır -  onun ayağına, ayaqqabısına”.

Dandıkin qeyd edib ki, hazırda Vaşinqton üçün xüsusilə İran ordusu tərəfindən buraxılan çox sayda dronlara qarşı durmaq vacibdir: “Bu cür cihazlar ciddi ziyan vurmağa qadirdir. Üstəlik, nisbətən ucuz dronlar bahalı hərbi obyektləri və sistemləri sıradan çıxara bilər”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
31
herbiand.az

1Sources