EN

Prezident mükafatçısı: Qloballaşma dövründə milli teatr ənənələrinin qorunması xüsusilə vacibdir

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 10 mart, AZƏRTAC

Qloballaşma dövründə milli teatr ənənələrinin qorunması xüsusilə vacibdir. Milli dəyərlər və mədəni irs itirilməməli, əksinə müasir teatr dili və yeni səhnə formaları vasitəsilə tamaşaçıya daha dolğun şəkildə təqdim olunmalıdır. Ənənə ilə yeniliyin vəhdəti teatrın inkişafı üçün mühüm amillərdən biridir.

Teatr həm tamaşaçı ilə onun anlayacağı dildə danışmalı, həm də onu düşündürərək mənəvi və intellektual inkişafına təkan verməlidir. Çünki teatr yalnız səhnədə baş verən hadisələr deyil, həm də tamaşaçının düşüncəsində davam edən prosesdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrın quruluşçu rejissoru, Prezident mükafatçısı İradə Gözəlova deyib.

O diqqətə çatdırıb ki, teatr tamaşaçının düşüncəsinə, hisslərinə və estetik zövqünə təsir edərək onu düşündürə və mənəvi inkişaf yoluna istiqamətləndirə bilər.

“Teatr böyük təsir gücünə malik olan sənət məbədidir. Bu məbəd yalnız əyləncə vasitəsi deyil, eyni zamanda cəmiyyətə güzgü tutan, sosial və mənəvi məsələləri gündəmə gətirən mühüm mədəni platformadır.

Müasir dövrdə tamaşaçıları daha çox aktual və həyatla səsləşən mövzular cəlb edir. Lakin əsərin mövzusu nə qədər dərin və düşündürücü olsa da, onun səhnə təqdimatı da diqqətçəkən, estetik və təsirli olmalıdır. Müasir teatr tamaşaçını yalnız məzmunla deyil, həm də səhnə həlli, rejissor yanaşması, vizual və emosional təsir vasitələri ilə heyrətləndirməyi bacarmalıdır”,- deyə İ.Gözəlova əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
1
azertag.az

2Sources