Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Türkiyənin "Qalatasaray" klubu bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərənin "Liverpul" komandası ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu bu gün İstanbulda yerləşən RAMS Park stadionunda keçiriləcək və qarşılaşma saat 21:45-də başlayacaq. Oyunu ispan hakim Jesús Gil Manzano idarə edəcək.
Matç öncəsi satışa çıxarılan bütün biletlərin qısa müddətdə tükəndiyi bildirilib. Klub həm bilet satışlarından, həm də rəsmi mağazalardakı məhsul satışlarından təxminən 3 milyon avro gəlir gözləyir.
Qeyd edək ki, “Qalatasaray” bu mövsüm turnirdəki uğurlu çıxışı iləböyük maliyyə gəliri əldə edib. Klub turnirə birbaşa vəsiqə qazandığı üçün 18,62 milyon avro gəlir əldə edib. Qrup mərhələsində qazandığı 3 qələbə və 1 heç-heçə isə komandaya əlavə 7 milyon avro qazandırıb.
Bundan başqa, turnirin liqa mərhələsini 20-ci pillədə başa vuran İstanbul təmsilçisi əlavə 5,08 milyon avro mükafat əldə edib.
Klub həmçinin televiziya yayımı gəlirlərindən təxminən 8,4 milyon avro, UEFA bonusundan isə 2,4 milyon avro qazanıb. Pley-off mərhələsinə yüksəlmək isə komandaya əlavə 1 milyon avro qazandırıb.
Pley-off mərhələsində İtaliyanın "Yuventus" klubunu məğlub edərək 1/8 finala yüksələn “Qalatasaray” bu uğura görə 11 milyon avro əlavə gəlir əldə edib.
Baş məşqçi Okan Burukun rəhbərlik etdiyi komanda “Liverpul”u da mübarizədən kənarlaşdıracağı halda, UEFA tərəfindən 1/4 final mərhələsinə yüksəlməyə görə 12,5 milyon avro mükafat qazanacaq.
"AzPolitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.