EN

​Adamyeyən qəbilələr -

Afrika haqqında bəzən qorxulu miflər dolaşır - adamyeyən qəbilələr, yad adət-ənənələr, qorxulu nağıllar… Tarixi mənbələr və kolonial dövr araşdırmaları belə hekayələrin yaranmasına zəmin yaradıb. Yaradıcı insan təxəyyülünün məhsulu olan bu cür məlumatlar çox vaxt sensasiya kimi mədəni xalqların alt şüuruna ötürülüb. Metbuat.az xəbər verir ki, müasir araşdırmalar bu iddiaların doğru olmadığını göstərir. Məlum olur ki, bu hekayələr çox vaxt sensasiyalı, stereotipik və gerçəkliyi əks etdirməyən məlumatlardır. İnsan yemə praktiki olaraq Afrikanın heç bir icmasında adi hal deyil. Bəzi uzaq və sərt bölgələrdə həyat çətin olduğu üçün əhali qəribə və fərqli adət-ənənələr formalaşdırıb. Söhbət müəyyən mərasimlər, rəqslər və ya heyvanlara aid simvolik praktik ənənələrdən gedir. Lakin bunlar insan yemə ilə əlaqəli deyil, əksinə icmaların sosial və mədəni həyatının bir hissəsidir. İyirmi birinci əsrdə Afrika xalqlarını adamyeyən kimi təqdim etmək həm yanlış, həm də zərərli stereotipdir. Bu cür hekayələr qitənin zəngin mədəniyyətinə kölgə salır və oxucuda səhv təsəvvür yaradır. Bu düşüncənin formalaşmasında Afrikanın zəngin təbii ehtiyatlarından bəhrələnən imperialist dövlətlərin maraqlı olduğunu söyləməkdə fayda var. Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, analoji məlumatların yayılmasında medianın xüsusi rolu var. Məsələn, Türkiyə KİV-i 5 il əvvəl İndoneziyanın Qərbi Papua şəhərindəki Korovai xalqının 10 min il əvvəl olduğu kimi yenə adam əti yediyinə dair xəbər tirajlamışdı. Sensasiya səbəb olan bu məlumat sonradan öz təsdiqini tapmadı. Müasir şərait bizdən Afrikanın mədəni müxtəlifliyini və icmaların gündəlik həyatını öyrənməyi tələb edir. Bu, daha doğru yanaşmadır və ümumbəşəri ideyalarla ziddiyyət təşkil etmir. Hər bir xalqın hekayəsi fərqlidir və gerçək həyat miflərdən qat-qat zəngindir.

Nazim Hüseynzadə / Metbuat.az

Chosen
4
metbuat.az

1Sources