EN

Amerikalıların əksəriyyəti müharibəni dəstəkləmir

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Amerikalı sakinlərin əksəriyyəti İranda keçirilən hərbi əməliyyatlara qarşıdır.

Modern.az xəbər verir ki, bu barədə Quinnipiac Universitetinin apardığı sorğuda göstərilir. Əhalinin 77%-i ABŞ-İran münaqişəsi nəticəsində terror hücumu riski olduğuna inanır.

Sorğunun nəticələrinə görə: seçicilərin 53%-i hərbi əməliyyatlara qarşı çıxır, 40%-i isə qarşıdurmanı dəstəkləyir. Respondentlərin 74%-i müharibənin neft və qaz qiymətlərinin artmasına səbəb olacağından narahatdır, lakin amerikalıların 55%-i zərbələrdən əvvəl İranı ABŞ üçün birbaşa təhlükə hesab etmirdi.

Donald Trampın İranla müharibəni idarə etməsi 38% tərəfindən bəyənilir və onun ümumi razılıq reytinqi 37% təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
49
modern.az

1Sources