EN

Məşhurlar imiclərini yenilədi Sarışın oldular

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şou-biznes dünyasında bir sıra məşhur sima son günlər imicini yeniləyərək diqqət mərkəzinə düşüb. Bəzi məşhurlar saç rəngini dəyişərək sarışın görünüşə üstünlük verib.

Sherg.az xəbər verir ki, aktrisa Marqot Robbie Paris Moda Həftəsində qısa saçlı yeni görünüşü ilə diqqət çəkib. 2024-cü ildə ana olan məşhur aktrisa qısa fasilədən sonra yenidən çəkiliş meydançalarına qayıdıb.

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ da imicini dəyişərək saçlarını sarıya boyayıb. Onun yeni görünüşünü həyat yoldaşı Başak Dizer sosial şəbəkədə paylaşaraq “Pişt, artist misin? Evdə sınamayın” qeydi ilə izləyicilərə təqdim edib.

Müğənni Demet Akalın da uzun müddətdir istifadə etdiyi saç rəngini dəyişərək yenidən sarışın olub. Onun yeni görünüşü sosial şəbəkələrdə izləyicilər tərəfindən bəyənilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
sherg.az

1Sources