EN

Tehran yaxınlığında İsrailə məxsus PUA vuruldu

İranın hava hücumundan müdafiə sistemləri Tehran yaxınlığında İsrailə məxsus Heron pilotsuz təyyarəsini ələ keçirərək məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti məlumat verib.

İranın dövlət televiziyası İİKK-nın mətbuat xidmətinə istinadən bildirir ki, bir neçə saat əvvəl Tehran yaxınlığında Heron pilotsuz təyyarəsi İİKK-nın qabaqcıl hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilib.

Chosen
60
ucnoqta.az

1Sources