EN

FİFA prezidenti 2026-cı il dünya çempionatının favoritini açıqladı

FİFA prezidenti Canni Infantino 2026-cı ildə keçiriləcək dünya çempionatının favoritləri barədə danışıb. O, İspaniya millisini qələbəyə əsas iddiaçılardan biri adlandırıb. Bu barədə Oxuməni.az “Championat.com”a istinadla xəbər verir.

"İspaniya, əlbəttə ki, digərləri ilə yanaşı, favoritlərdən biridir. Biz artıq İspaniyanın güclü tərəflərini bilirik. Reytinqdə birinci yeri tutan komanda dünya çempionatının favoriti olmalıdır", - Infantinonun sözlərini “AS” sitat gətirir.

2026-cı il futbol üzrə dünya çempionatı 11 iyun - 19 iyul tarixləri arasında üç ölkədə: ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirin final mərhələsinin püşkatma nəticələrinə görə, İspaniya millisi H qrupuna düşüb və orada Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvay ilə qarşılaşacaq.

Almaz Həsənli

Chosen
62
oxumeni.az

1Sources