Son dövrlər neftin qiyməti stabil qalmır. Ötən gün 120 dollara qədər bahalaşan neft bu gün 90 dollardan ucuz satılır. Bu dəyişikliklər Azərbaycana necə təsir edir? Bu qiymətlər maaş və pensiyaların artırılmasına səbəb ola bilərmi?
İqtisadçı ekspert Xalid Kərimli New365.az-a bu sualların cavabını verib. O bildirib ki, Neftin gündəlik və həftəlik qiymətləri maaşlara təsir
edəcək qədər önəmli deyil:
“Neftinin qiymətinin gündəlik dəyişməsi dövlətin gəlirlərinin kəskin artması, yaxud azalmasına səbəb olmur. Bu məsələlər bu formada tənzimlənmir. Büdcə ilin əvvəlində
qəbul edilib. Orada neftin qiyməti əvvəlcədən proqnozlaşdırılıb. Əgər qiymətlər
gözləniləndən baha olsa, əlavə gəlir neft fonduna köçürüləcək. Bu növbəti ilin
büdcəsinə təsir edə bilər, amma bu ilə yox. Hökümət neftin illik gəlirlərini əsas
götürür. Əgər il ərzində neftin qiyməti proqnozlaşdırılandan 10 dollar baha
olsa, bu neft fonduna 1.8 milyard manat, dövlət büdcəsinə isə 400 milyon manat əlavə
gəlir gətirir. Həftəlik və gündəlik qiymətlərin isə böyük əhəmiyyəti yoxdur”.
Xalid Kərimli hansı halda maaş və pensiyaların artırıla biləcyini də açıqlayıb:
“Əgər regionda baş verən müharibə nəticəsində Azərbaycanda infliyasiya kəskin
sürətlənərsə, dövlət cəmiyyətin həssas təbəqəsinin dəstəklənməsi üçün müəyyən
addımlar ata bilər. Lakin hazırki vəziyyət hər hansı bir oxşar qərarın qəbul
edilməsi üçün əsas verimir”.