EN

Cihazlar düşüncə ilə idarə ediləcək

Saglamolun saytından verilən məlumata görə, ain.az xəbər verir.

YENİ TEXNOLOGİYA

Çində "beyin-kompüter" neyrointerfeyslərinin yaxın 3-5 il ərzində geniş istifadəyə verilə biləcəyi bildirilib. “Beyin-kompüter neyrointerfeysləri” (ingiliscə Brain–Computer Interface) – insan beyninin elektrik siqnallarını birbaşa kompüterə və ya elektron qurğulara ötürən texnologiyadır.Sadə dillə desək, beynin düşüncə siqnalları cihazlara çevrilir və həmin cihazlar düşüncə ilə idarə olunur.Çinin Siçuan Beyin Elmləri İnstitutunun direktoru Yao Dejunun sözlərinə görə, texnologiya inkişaf etdikcə bu sistemlər tədricən əhalinin istifadəsinə veriləcək. Qeyd olunur ki, ölkənin yeni beşillik iqtisadi inkişaf planında neyrointerfeyslər kvant texnologiyaları, 6G rabitəsi və termonüvə sintezi ilə yanaşı gələcəyin əsas sahələrindən biri kimi göstərilib. Hazırda Çində invaziv neyrointerfeyslər üzrə ondan çox klinik sınaq aparılır və bu göstəriciyə görə ölkə ABŞ ilə eyni səviyyəyə çatıb. Bu il isə 50-dən çox pasiyentin sınaqlara cəlb olunması planlaşdırılır.

Saglamolun.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
47
saglamolun.az

1Sources