EN

"Renault Group" Avropa bazarı üçün gələcək planlarını açıqladı

Fransanın avtomobil istehsalçısı "Renault Group" 2030-cu ilədək Avropa bazarında yalnız elektrikli və hibrid nəqliyyat vasitələrinin satışını həyata keçirməyi planlaşdırır.

"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın verdiyi məlumata əsasən, bu barədə şirkətin rəsmi mətbuat xidməti açıqlama yayıb.

Avtomobil nəhənginin gələcək fəaliyyət strategiyasına dair bəyanatında qeyd olunub ki, 2030-cu ilədək "Renault" markası elektrikləşdirilmiş avtomobillərin Avropa satışlarındakı xüsusi çəkisini 100%-ə, digər qlobal bazarlarda isə 50%-ə yüksəltməyi nəzərdə tutur.

Uyğun qiymətli avtomobillər təklif edən "Renault"ya məxsus olan "Dacia" markasında isə hibrid və elektrikli modellər ümumi satış həcminin üçdəiki hissəsini əhatə edəcək. Həmçinin şirkət 2030-cu ilədək elektrik mühərriki ilə təchiz olunmuş tamamilə yeni üç modelin təqdimatını həyata keçirməyi planlaşdırır.

"Cebheinfo.az"

Chosen
27
1
cebheinfo.az

2Sources