EN

Bu şadlıq evi bağlandı FOTOLAR

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

övqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Xaçmazda yanğın təhlükəli şadlıq sarayının fəaliyyətini dayandırıb.

FHN-dən  verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Xaçmaz şəhərində yerləşən “Elmin” şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Məlum olub ki, mövcud vəziyyətdə obyektdə hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Elmin” şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
91
27
icma.az

10Sources