Ramazan və Novruz bayramlarının eyni dövrə təsadüf etməsi bu il qeyri-iş günlərinin sayını artırıb.
Qurumun mətbuat üzrə məsul nümayəndəsi Solmaz Aydəmir sorğumuza cavab olaraq bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi bayram günləri üst-üstə düşdükdə qeyri-iş günləri növbəti tarixlərə keçirilir.

Onun sözlərinə görə, cari ildə Ramazan və Novruz bayramı günlərinin üst-üstə düşməsi ilə əlaqədar qeyri-iş günlərinin sayı artıb.
Belə ki, 5 günlük iş həftəsi ilə çalışanlar üçün 31 mart tarixinədək ümumilikdə 11 gün, 6 günlük iş həftəsi ilə işləyənlər üçün isə 28 mart tarixinədək ümumilikdə 8 gün qeyri-iş günü olacaq.