EN

Səməd Vurğunun unudulmaz misraları məktəblilərin ifasında VİDEO

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 10 mart, AZƏRTAC

Milli-mənəvi dəyərlərin qorunması və klassik ədəbi irsin yaşadılması bu gün gənc nəslin üzərinə düşən ən mühüm missiyalardan biridir. Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Səməd Vurğunun yaradıcılığı isə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun vətənə məhəbbət, humanizm, milli kimlik və mənəvi saflıq ideyaları ilə zəngin əsərləri illər keçsə də aktuallığını qoruyub, saxlayır.

Şairin 120 illik yubileyi münasibətilə həyata keçirilən təşəbbüslər çərçivəsində paytaxtın 129 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri də bu ədəbi irsin təbliğinə öz töhfələrini veriblər.

AZƏRTAC-ın hazırladığı reportajda məktəblilərin bu təşəbbüsə qoşularaq şairin yaradıcılığına göstərdikləri maraq əks olunub.

Məktəblilər Səməd Vurğunun poeziyasından nümunələr səsləndirərək onun söz dünyasını öz duyğuları ilə yenidən canlandırıblar. Eyni zamanda, məktəbin “Can, Azərbaycan” xor qrupu musiqisi Səid Rüstəmova, sözləri Səməd Vurğuna məxsus olan “Azərbaycan” mahnısını ifa edib.

Gənclərin Azərbaycan ədəbiyyatına bu cür yaradıcı yanaşması göstərir ki, Səməd Vurğunun irsi təkcə dərs vəsaitlərində deyil, məktəblilərin düşüncəsində və qəlbində də yaşayır. Bu isə milli ədəbi yaddaşın davamlılığının bariz nümunəsidir.

Müxbir – Gülay Nəzərova

Fotoqraf - Səfiyar Məcnun

Videooperator - Şövqi Əzizov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
azertag.az

1Sources