EN

Alim ətirli şamların təhlükəsi barədə xəbərdarlıqETDİ

Yanan şamlar havaya çoxlu sayda ultrakiçik hissəciklər və kimyəvi birləşmələr buraxır. Bu maddələr ağciyərlərin dərin qatlarına qədər nüfuz edə bilər və iltihab prosesləri, eləcə də bəzi xəstəliklərin, o cümlədən xərçəngin yaranma riskinin artması ilə əlaqələndirilir.

Redaktor.az xəbər verir ki, bu barədə Orhus Universitetinin ictimai səhiyyə üzrə postdoktor tədqiqatçısı Karin Laursen "The Conversation" nəşrinə açıqlamasında bildirib.

Araşdırma zamanı alimlər qapalı məkanda havanın keyfiyyətinə müxtəlif proseslərin necə təsir etdiyini müqayisə ediblər. Bunun üçün xüsusi mikroiqlimə nəzarət edilən kameralar istifadə olunub və şamların yanması ilə, məsələn, sobada ətin bişirilməsi kimi proseslər müqayisə edilib. Nəticələr göstərib ki, hər iki halda havaya çoxlu miqdarda çirkləndirici hissəciklər yayılır, lakin şam istifadə edilən zaman onların konsentrasiyası daha yüksək olur.

Bundan əlavə, şamlardan ayrılan hissəciklərin ölçüsü daha kiçikdir. Yemək hazırlanarkən yaranan hissəciklərin ölçüsü təxminən 80 nanometr olduğu halda, şam yanarkən yaranan hissəciklər təxminən 7–8 nanometr təşkil edir. Bu qədər kiçik hissəciklər nəfəs yollarına daha asan daxil olur və ağciyərlərin dərin hissələrinə qədər çata bilir. Tədqiqatçıların sözlərinə görə, bu hissəciklər ağciyərlərdə qaz mübadiləsinin baş verdiyi ən kiçik strukturlar – alveollara qədər çata və daha sonra qan dövranına daxil ola bilər. Qan vasitəsilə isə onlar orqanizmə yayılaraq ürək və beyin kimi vacib orqanlara da çatır.

Hava nümunələrində qurumla yanaşı, azot dioksidi və polisiklik aromatik karbohidrogenlər kimi digər maddələr də aşkar olunub. Bu birləşmələr iltihabi proseslər və bəzi xəstəliklərin, o cümlədən xərçəngin riskinin artması ilə əlaqələndirilir. Alimlər qeyd edirlər ki, şamların yaratdığı hissəciklərin ölçüsü və kimyəvi tərkibi bir çox cəhətdən dizel mühərriklərinin egzoz qazlarının yaratdığı çirklənməyə bənzəyir. Bu cür çirklənmə isə ürək-damar və ağciyər xəstəliklərinin artan riski ilə əlaqələndirilir.

Mütəxəssislər qapalı məkanda havanın keyfiyyətinə mənfi təsiri azaltmaq üçün şamların daha az yandırılmasını, eyni vaxtda çox sayda şamdan istifadə edilməməsini və bundan sonra otağın mütləq havalandırılmasını tövsiyə edirlər. Bundan əlavə, tənəffüs sistemi xəstəlikləri olan insanların yanında şam yandırmaq məsləhət görülmür.

Nuriyyə NATİQQIZI

Chosen
17
1
redaktor.az

2Sources