EN

İmmun sistemini gücləndirmək və xəstələnməmək üçün bu məhsullarla qidalanın – XƏBƏRDARLIQ

“Mart gəldi, dərd gəldi” deyimi xalq arasında yazın əvvəlində havaların tez-tez dəyişməsi ilə əlaqələndirilir. Bu dövrdə temperaturun kəskin dəyişməsi, küləkli və rütubətli hava bir çox insanın tez-tez xəstələnməsinə səbəb olur. Belə vaxtlarda immun sistemini güclü saxlamaq vacibdir.

Bəs, dəyişkən hava şəraitində xəstəliklərdən qorumaqdan ötrü insanlar necə qidalanmalı, gündəlik rasionda hansı məhsullara üstünlük verilməlidir?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən qida eksperti Elsevər Fərzəliyev bildirib:

58

“İnsanların tez-tez xəstələnməsi payız və yaz mövsümünə təsadüf edir. Xəstəliklərin qarşısının alınmasında qidalanma mühüm əhəmiyyət kəsb edir. C vitamini ilə zəngin olan qidalara üstünlük verilməlidir”.

“C vitamini xəstəliklərin qarşısını alır. İmmun sisteminin gücləndirilməsi üçün Omega 3, Omega 6, Omega 9 kimi yağ turşularının C, A, B, E, K qrup vitaminləri ilə zəngin olan qidaların istifadə edilməsi insanların sağlamlığında mühüm amil kimi çıxış edir. Mütəmadi olaraq 3-4 dəfə qidalanmalı və immun sisteminin möhkəmlənməsini şərtləndirən doymamış yağ turşularının olmasına diqqət yetirmək vacibdir”, — deyə ekspert əlavə edib.

“Yağ turşularını biz bitkilərdən alırıq. Hansıki onları payız vaxtı tədarük edib evdə saxlamaq və ya bazardan almaq mümkündür. Bu baxımdan çaytikanı, zirinc, yüksək miqdarda polifonol maddələri ilə zəngin olan, emal edilən əzgildən istifadə etmək məqsədyönlüdür. Əgər insanlar ömürlərini uzatmaq və xəstəliklərin qarşısını almaq istəyirlərsə, deyilən tövsiyələrə qulaq asıb əməl etməlidirlər, — deyə Elsəvər Fərzəliyev sonda vurğulayıb.

Dəniz Pənahova
KONKRET.az

Chosen
21
1
konkret.az

2Sources