EN

Ceyhun Bayramov Oman Sultanlığının ölkəmizə təyin edilmiş qeyri-rezident səfirini qəbul edib

Bakı. Trend:

10 mart tarixində Azərbaycan Respublikasının Xarici İşlər NaziriCeyhun Bayramov Oman Sultanlığının ölkəmizə təyin edilmişqeyri-rezident səfiri Seyf bin Raşid Əl-Cahvarini qəbul edib.

Trend xəbər verir ki, bubarədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər Azərbaycan–Oman münasibətlərinin carivəziyyətini və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

İki ölkə arasında siyasi dialoq, iqtisadi və ticarətəlaqələrinin genişləndirilməsi, həmçinin mədəni və humanitarsahələrdə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətivurğulanıb.

Görüş zamanı həmçinin regional və beynəlxalq məsələlər, ocümlədən Yaxın Şərqdəki artan gərginlik və hərbi eskalasiya barədəfikir mübadiləsi aparılıb. Oman vətəndaşlarının Azərbaycanərazisindən istifadə etməklə təxliyəsinı, Azərbaycanvətəndaşlarının isə Oman ərazisindən istifadə etməklə təxliyəsinəyaradılmış şəraitə görə qarşılıqlı dəstək ifadə olunub.

Hər iki tərəf münasibətlərin daha da inkişaf etdirilməsi vəregional təhlükəsizliyin gücləndirilməsi istiqamətində əməkdaşlığındaha da genişləndirilməsi, yüksək və ali səviyyədə səfərlərinəhəmiyyətini vurğulayıb.

Məqalədə:
Chosen
71
24
az.trend.az

10Sources