EN

ABŞ Azərbaycanın enerji gələcəyini dəstəkləməyə sadiqdir— Dövlət Departamenti

Vaşinqton. Trend:

Amerika Birləşmiş Ştatları Azərbaycanın enerji gələcəyinidəstəkləməyə sadiqdir.

Trend-in xüsusi müxbiri xəbərverir ki, bunu bu gün ABŞ Dövlət Katibinin Enerji və KritikMinerallar üzrə köməkçisinin müavini Reggie Singh ABŞ-AzərbaycanTicarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan ticarətvə biznes konfransında çıxışı zamanı bildirib.

"Bol və etibarlı enerji mənbələri rifahın və təhlükəsizliyintəməl daşıdır və Amerika Birləşmiş Ştatları enerji təhlükəsizliyinivə əlaqəni genişləndirmək, iqtisadi artımı sürətləndirmək və dahaçiçəklənən, sabit və inteqrasiya olunmuş bir region qurmaq üçünAzərbaycan, Cənub Qaz Dəhlizi ölkələri və Orta Asiya dövlətləri iləəməkdaşlığa hazırdır. Amerika Birləşmiş Ştatları, o cümlədənExxonMobil şirkətinin Azərbaycanla ölkənin qeyri-ənənəvi quru neftehtiyatlarının kəşfiyyatı ilə bağlı müqaviləsi kimi müqavilələrvasitəsilə Azərbaycanın enerji gələcəyini dəstəkləməyə sadiqdir", -o deyib.

Təbii qaza gəldikdə, Sinq qeyd etdi ki, ABŞ qazın onilliklərərzində etibarlı, əlverişli və təhlükəsiz enerji üçün əsas yanacaqolaraq qalacağını qəbul edir.

"Çox qısa müddət ərzində Amerika Birləşmiş Ştatları Avropaya ənböyük LNG tədarükçüsünə çevrilib və biz qarşıdakı illərdə ABŞ-ınLNG ixracını genişləndirməyə sadiqik. Amerika Birləşmiş Ştatlarıhəmçinin Azərbaycanla qeyri-enerji iqtisadiyyatının inkişafında, ocümlədən Trans-Xəzər fiber-optik xətti layihəsi üzrə əməkdaşlıqdatərəfdaşlıq etməyə çalışır və özəl sektorla əməkdaşlıq çərçivəsindəgələcəkdə məlumat mərkəzlərinin tikintisini səbirsizlikləgözləyir", - o əlavə edib.

Chosen
69
1
az.trend.az

2Sources