Ani başlayan güclü baş ağrısı həyati təhlükə yaradan vəziyyətlərin əlaməti ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə ümumi praktik həkim Amir Xan "Daily Mirror"a danışıb.
Həkimin sözlərinə görə, qəfil və çox şiddətli baş ağrısı insult, beyinə qan sızması və ya anevrizmanın əlaməti ola bilər. O bildirib ki, belə ağrı adi baş ağrısı və ya miqrendən fərqli olaraq qəfil başlayır və qısa müddətdə maksimum şiddətə çatır.
Amir Xan qeyd edib ki, bu cür baş ağrısı ürəkbulanma, danışıq pozuntusu və ya əl-ayaqlarda zəiflik kimi əlamətlərlə müşayiət oluna bilər. Həkim belə simptomlar yaranan zaman dərhal tibbi yardım almağın vacib olduğunu vurğulayıb.
Aytəkin TOFİQQIZI