EN

Ardıcıl 8 ci quru oyun Samok 778 ə çatdı

Sportal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Turan Tovuz”un qapıçısı Sergey Samok Premyer Liqada meydana çıxdığı ardıcıl 8-ci oyunda qapısını toxunulmaz saxlayıb.

Sportal.az xəbər verir ki, Misli Premyer Liqasının XXIII turunun “Neftçi” ilə görüşündə (1:0) qapısını toxunulmaz saxlayan qolkiper cari mövsüm meydana çıxdığı 6 matçın heç birində qol buraxmayıb.

Samok ötən çempionatın son iki turunda da “quru oyun” keçirib. O, sonuncu dəfə 2024/25 mövsümünün XXXIV turunda qol buraxıb.

Rusiyalı qapıçı “Neftçi” ilə 2025-ci il mayın 10-da baş tutan ev matçında (1:2) rəqibin fərqlənməsinə mane ola bilməyib. Həmin görüşdə sonuncu qolu 32-ci dəqiqədə Dembo Darbo vurub. Buraxılan topdan sonra Samok quru dəqiqələrinin sayını 778-ə çatdırıb.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
53
13
sportal.az

10Sources