EN

Ermənistanın İrandakı ilk səfiri vəfat etdi

Ermənistanın İranda ilk səfiri olmuş Vaan Bayburdyan vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu məlumat yayıb.

Bildirilir ki, Bayburdyan 92 yaşında dünyasını dəyişib. O, daha çox elmi fəaliyyəti və İran üzrə araşdırmaları ilə tanınırdı.

Vaan Bayburdyan uzun illər ərzində İran ermənilərinin tarixi, İsfahandakı Yeni Culfa erməni məhəlləsinin iqtisadi və siyasi rolu, eləcə də erməni-kürd münasibətləri kimi mövzular üzərində tədqiqatlar aparıb.


Musavat.com

Chosen
120
musavat.com

1Sources