ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Kürdəmirdə yel çərşənbəsi xüsusi təmtəraqla qeyd olunub. Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonun Muradxan kəndində təşkil olunan bayram tədbirində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, məktəblilər və kənd sakinləri iştirak ediblər.
Tədbirdə iştirakçılar Novruz tonqalı qalayıb və ətrafında dövrə vurublar. Yerli sakinlər tərəfindən milli mətbəximizin təamları hazırlanıb, yumurta döyüşülüb və süfrəyə Novruzun atributlarından olan səməni qoyulub.
Bayram tədbiri iştirakçılarda xüsusi ovqat yaradıb.
Bizim.Media, Aran bürosu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.