EN

PSJ, “Çelsi” ilə oyundan əvvəl Ruis və Njantunun vəziyyəti ilə bağlı məlumat yayıb

PSJ-nin tibbi heyəti Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl yarımmüdafiəçi Fabian Ruis və hücumçu Kventin Njantunun fiziki vəziyyəti barədə hesabat təqdim edib.

İdman.Biz xəbər verir ki, PSJ ilə “Çelsi” ilə oyun 11 martda Parisdə keçiriləcək.

Ruisin adaptasiya olunmuş fərdi məşqlərini davam etdirdiyi, Njantunun isə hələ də təyin olunmuş müalicə protokoluna əməl etdiyi bildirilir.

PSJ daha əvvəl pley-offda “Monako”ya ümumi hesabla 5:4 hesabı ilə qalib gəlib. “Çelsi” Çempionlar Liqasının ümumi turnir cədvəlində altıncı yeri tutaraq birbaşa 1/8 finala vəsiqə qazanıb.

Bu mövsümün yarışının finalı Budapeştdəki “Puşkaş Arena”da 30 mayda keçiriləcək.

İdman.Biz
Chosen
45
1
idman.biz

2Sources