EN

UEFA Çempionlar Liqası: Bavariya və Atletiko Madrid dən darmadağın, Barselona dan heç heçə VİDEO

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk dörd qarşılaşması keçirilib.

Oxu.Az xəbər verir ki, "Qarabağ"ı turnirdən kənarlaşdıran "Nyukasl" evdə İspaniya nəhəngi "Barselona"nı qəbul edib.

Tərəflər hərəyə bir dəfə fərqləniblər - 1:1. Harvi Barnsın vurduğu qola, Lamin Yamal penaltini dəqiq yetirməklə cavab verib.

"Atletiko Madrid" "Tottenhem" matçında yeddi qol vurulub. Ev sahiblərinin beş qoluna, London təmsilçisi yalnız iki dəfə cavab verə bilib - 5:2.

"Bavariya" isə səfərdə "Atalanta"nı darmadağın edib. Almanlar rəqib qapısından altı top keçiriblər, İtaliya təmsilçisi təsəlli qoluna sevinib - 1:6.

Daha əvvəl keçirilmiş "Qalatasaray" - "Liverpul" matçında 1:0 hesablı nəticə qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
100
1
oxu.az

2Sources