EN

İngiltərədə gediş haqqı 2000 illik sikkə ilə ödənilib

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

1950-ci illərdə İngiltərənin Lids şəhərində ictimai nəqliyyatda gediş haqqı 2 000 illik Finikiya sikkəsi ilə ödənilib. Nadir tapıntı sonradan araşdırılması üçün muzeyə təhvil verilib.

Oxu.Az "Live Science" portalına istinadən xəbər verir ki, mütəxəssislər bu qədim pulun mənşəyini müəyyənləşdirə biliblər.

Araşdırma zamanı məlum olub ki, sikkə təxminən 2 000 il əvvəl finikiyalıların əsasını qoyduğu Qadir (indiki İspaniyanın cənubundakı Kadis ərazisi) yaşayış məntəqəsində zərb edilib. Eramızdan əvvəl III əsrin əvvəlində bu şəhər Karfagenin, təxminən yüz il sonra isə Qədim Romanın hakimiyyəti altına keçmişdi.

Lids Muzeyləri və Qalereyalarının arxeologiya və numizmatika şöbəsinin kuratoru Ket Bakster sikkənin həqiqiliyini təsdiqləyib. Nadir eksponatın bir tərəfində finikiyalıların Melkart tanrısının təsviri, digər tərəfində isə iki tuna balığı əks olunub. Bu təsvirlər balıqçılığın həmin dövrdə şəhər iqtisadiyyatında mühüm rol oynadığını sübut edir.

Antik dövrə aid bu pulun 1950-ci illərdə Lids şəhərinin ictimai nəqliyyat sisteminə necə daxil olduğu və kim tərəfindən gediş haqqı kimi ödənildiyi hələ də sirr olaraq qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
138
oxu.az

1Sources