EN

İran ABŞ-nin “Abraham Lincoln” aviadaşıyan gəmisinə zərər vurduğunu açıqlayıb

BAKI, 11 mart. TELEQRAF

İran ABŞ-yə məxsus “Abraham Lincoln” aviadaşıyan gəmisinə zərər vurduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali "RİA Novosti" agentliyinə müsahibəsində deyib.

Diplomatın sözlərinə görə, ABŞ və İsrail qüvvələri artıq İranın bəzi müdafiə imkanları ilə tanışdır.

“Lincoln aviadaşıyan gəmisinin zədələnməsi ümid edirik ki, təcavüzkarın aldığı bir mesaj oldu”, - deyə Cəlali bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl İran tərəfi ABŞ-yə məxsus “Abraham Lincoln” aviadaşıyan gəmisinə pilotsuz uçuş aparatı ilə hücum edildiyini açıqlamışdı.

Chosen
94
teleqraf.com

1Sources