EN

BMT Təhlükəsizlik Şurası Livandakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası martın11-də Livandakı vəziyyətlə bağlı təcili iclas keçirəcək.

Trend xəbər verirki, bu barədə BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrikbildirib.

Onun sözlərinə görə, təşkilatın baş katibinin humanitarməsələlər üzrə müavini Tom Fletçer Təhlükəsizlik Şurası qarşısındaməruzə ilə çıxış edəcək.

Qeyd olunub ki, daha əvvəl Fransa son bir həftə ərzində İsrailtərəfindən kütləvi zərbələrə məruz qalan Livanda vəziyyətinpisləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasını təcili iclaskeçirməyə çağırıb.

Chosen
85
6
az.trend.az

7Sources