BAKI, 11 mart. TELEQRAF
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti dörd oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, günün ilk matçında İngiltərənin “Arsenal” klubu Almaniyada "Bayer Leverkuzen”in qonağı olacaq.
Gecənin digər görüşlərində isə "Budo/Qlimt" Norveçdə Portuqaliya “Sportinq"ini, PSJ Fransada İngiltərə "Çelsi"sini, “Real Madrid" İspaniyada İngiltərə "Mançester Siti"sini qəbul edəcək.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları 17-18 martda keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
11 mart
21:45. “Bayer Leverkuzen" (Almaniya) - "Arsenal" (İngiltərə)
00:00. “Budo/Qlimt" (Norveç) - "Sportinq" (Portuqaliya)
00:00. PSJ (Fransa) - "Çelsi" (İngiltərə)
00:00. “Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə).