AZ

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları – “Qalatasaray” “Liverpul”u məğlub etdi

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib.

Heftelik.az xəbər verir ki, bu gün dörd oyun keçirilib.

Türkiyə təmsilçisi “Qalatasaray” İngiltərənin “Liverpul” komandasını qəbul edib.

İstanbuldakı “Rams Park” stadionunda baş tutan matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 7-ci dəqiqədə Mario Lemina vurub.

Almaniya çempionu “Bavariya” İtaliyada “Atalanta”nın, İngiltərənin “Tottenhem” klubu isə İspaniyada “Atletiko”nun qonağı olub.

Pley-offda “Qarabağ”ı mübarizədən kənarlaşdıran İngiltərənin “Nyukasl” komandası İspaniya təmsilçisi “Barselona” ilə münasibətlərə aydınlıq gətirib.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

10 mart

“Qalatasaray” (Türkiyə) – “Liverpul” (İngiltərə) 1:0

“Atletiko” (İspaniya) – “Tottenhem” (İngiltərə) 5:2

“Nyukasl” (İngiltərə) – “Barselona” (İspaniya) 1:1

“Atalanta” (İtaliya) – “Bavariya” (Almaniya) 1:6

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin digər qarşılaşmaları martın 11-də baş tutacaq.

Seçilən
47
6
heftelik.az

10Mənbələr