EN

EIA OPEC+ ölkələri ilə bağlı neft hasilatı proqnozunu açıqlayıb

Bakı. Trend:

OPEC+ ölkələrinin neft və digər maye karbohidrogenlərinhasilatının 2026-cı ildə 43,91 milyon barel, 2027-ci ildə isə ortahesabla günə 45,04 milyon barel təşkil edəcəyi gözlənilir.

Trend xəbərverir ki, bu barədə EIA-nın "Qısamüddətli enerji perspektivi" adlıhesabatının mart ayı üzrə açıqladığı məlumatında qeyd edilib.

EIA-nın qiymətləndirməsinə görə, 2026-cı ildə OPEC+ ölkələrininsözügedən məhsul hasilatı birinci rübdə orta hesabla günə 42,61milyon barel təşkil edəcək, ikinci rübdə günə 43,27 milyon barel,üçüncü rübdə gündəlik 44,82 milyon barel, dördüncü rübdə isə günə44,91 milyon barel təşkil edəcək.

Qurumun 2027-ci il üçün isə OPEC+ ölkələri üzrə neft və digərmaye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozları belədir:birinci rübdə hasilatın günə 45,03 milyon barel, ikinci rübdə günə45,04 milyon barelə, üçüncü rübdə günə 45,00 milyon barel, dördüncürübdə isə gündəlik 45,09 milyon barel səviyyəsində olacağıgözlənilir.

“Martın 1-də OPEC+ aşağı neft ehtiyatları ilə bağlıqiymətləndirmələrə cavab olaraq 2026-cı ilin aprel ayından etibarəngündəlik ümumilikdə 206.000 barel həcmində hasilatı artırmağabaşlamaq barədə razılığa gəlib. Növbəti qərarın isə aprelin 5-dəverilməsi gözlənilir. OPEC+ 2027-ci il üçün planlaşdırılanhədəflərini yalnız 2026-cı ilin dördüncü rübündə açıqlayacaq olsada, proqnoz dövrü ərzində ehtiyatların əhəmiyyətli dərəcədəartacağı ilə bağlı qiymətləndirmələri nəzərə alaraq, təşkilatıngələn il hasilatı ciddi şəkildə artıracağını gözləmirik. OPEC+ üzrəmövcud təkliflə bağlı hazırkı fərziyyəmiz həmçinin Hörmüz boğazıətrafında neft axınlarında yaranan fasilələrin müddəti vəmiqyasından da asılıdır”, - EİA-nın hesabatında qeyd edilib.

Məqalədə:
Chosen
71
2
az.trend.az

3Sources