EN

Qvardiola Mbappenin yeni sevgilisindən danışdı

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola mətbuat konfransında "Real Madrid"in hücumçusu Kilian Mbappenin zədəsi ilə bağlı sualı cavablandırıb.

Fanat.Az "City Xtra"-ya istinadən xəbər verir ki, kataloniyalı mütəxəssis "Real Madrid" həkimlərinə etibar etmədiyi və dizinin əlavə müayinəsi üçün Parisə uçan ulduz futbolçu ilə bağlı belə danışıb: 

"Bu, həqiqətən vacibdirmi? Mbappenin bərpası ilə bağlı fikrimin əhəmiyyət kəsb etdiyini düşünürsünüzmü? O, Parisdə idi və yeri gəlmişkən, orada tək deyildi... 

Bu, istənilən klubda baş verir. Açığı, bu məsələ ilə bağlı fikir bildirmək hüququm yoxdur..."

İddialara görə, 27 yaşlı fransız Madridə aktrisa Ester Exposito ilə birlikdə qayıdıb və Qvardiola da bu məqama işarə edib.

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Real Madrid" bu gün "Mançester Siti"ni qəbul edəcək. Tərəflər arasında ikinci görüş 17 martda Mançesterdə keçiriləcək.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
86
50
fanat.az

10Sources