Xosep Qvardiola başına iş açıb. “Mançester Siti”nin baş məşqçisi iki oyunluq cəzalandırılıb.
"Football-plus.az" xəbər verir ki, buna onun cari mövsümdə 6-cı sarı vərəqəni alması səbəb olub. Qvardiola İngiltərə kubokunun 1/8 finalında “Nyukasl”a qalib gəldikləri oyunda (3:1) hakimə sərt şəkildə etiraz etdiyi üçün sarı vərəqə alıb və buna görə də cəzalı duruma düşüb.
İspanyalı məşqçi premyer-liqanın 30-cu turunun “Vest Hem”lə oyununu və hələ püşkü atılmayan İngiltərə kubokunun 1/4 final matçını buraxacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta