Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Şüvüllə tullanma üzrə ikiqat olimpiya çempionu, isveçli Arman Düplantis və dünyanın 1 nömrəli qadın tennisçisi, belaruslu Arina Sobolenko da nüfuzlu idman mükafatı “Laureus”a namizədlər siyahısına salınıb. "Football-plus.az"ın məlumatına görə, bununla bağlı xəbəri dünyada həm də “idman “Oskar”ı” kimi sayılan mükafatın sosial şəbəkə hesabı paylaşıb.Düplantis ilin ən yaxşı idmançısı adı uğrunda mübarizə aparacaq. Bu nominasiyada onun rəqibləri ispan tennisçi Karlos Alkaras, PSJ-nin fransalı oyunçusu Usman Dembele, ispaniyalı motopilot Mark Markes, sloveniyalı veloyürüşçü Tadey Poqaçar və italiyalı tennisçi Yannik Sinnerdi.Sobolenko isə ilin ən yaxşı qadın idmançısı nominasiyasında təmsil olunur. Onun rəqibləri “Barselona”nın ispaniyalı futbolçusu Aytana Bonmati, amerikalı yüngül atlet Melissa Cefferson-Vuden, keniyalı qaçış ustası Feyt Kipyeqon, ameriaklı üzgüçü Keti Ledeki və onun həmvətəni Sidni Maklaflin-Levrondu.“İlin komandası” nominasiyasında namizədlər: İngiltərənin qadınlardan ibarət futbol yığması, Avropanın qolf komandası, Hindistanın qadınlardan ibarət kriket yığması, “Formula-1” komandalarından “Makleren”, “Oklahoma-Siti” basketbol klubu və Fransa PSJ-si.“İlin tərəqqisi” nominasiyasında mükafat uğrunda PSJ-nin fransalı oyunçusu Dezire Due, braziliyalı tennisçi Joao Fonseka, “Oklahoma-Siti”nin kanadalı basketbolçusu Şey Gilces-Aleksander, britaniyalı datsmen Lük Littler, “Maklaren”in britaniyalı pilotu Lando Norris və 12 yaşlı çinli üzgüçü Yuy Szıdi mübarizə aparacaq.Mükafatların təqdim olunması mərasimi aprelin 20-də Madriddə keçiriləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.