EN

“Virus”

Əsərləri ölkəmizdə və xaricdə çap olunan tanınmış yazıçı Aslan Quliyevin “Virus” romanı bir neçə il öncə Türkiyə oxucusuna təqdim edilib. Budur, artıq əsər “Qanun” Nəşrlər Evində buraxılaraq yerli oxucuların mühakiməsinə verilib.

Bu roman ölkə və insanlıq üçün ən böyük təhlükənin ölüm, aclıq və ya müharibə yox, mənəviyyata yoluxan virus olduğundan bəhs edir. Həqiqəti eşitmək əvəzinə onu susdurmaq yolu seçiləndə ölkənin göz önündə necə çökməsi, nə qədər ağır nəticələrə gətirib çıxarması ustalıqla təsvir olunur.

Müəllifin ciddi, ölçülü-biçili və məsuliyyətli yazıçı mövqeyindən xəbər verən roman bədii-sosioloji təfsir baxımından maraq doğurur.

Əli NƏCƏFXANLI
XQ

Chosen
47
xalqqazeti.az

1Sources