EN

İrandan Azərbaycana ümumilikdə 2168 nəfər təxliyə edilib

Bakı. TurkicWorld:

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

TurkicWorld-in məlumatına görə, 28 fevral 8.00-dan – 11 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 2168 nəfər təxliyə olunub.

Belə ki, 633 Çin, 383 Azərbaycan, 293 Rusiya, 174 Tacikistan, 137 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 29 İran, 26 İspaniya, 25 Əlcəzair, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 16 Almaniya, 13 Gürcüstan, 12 Özbəkistan, 12 Macarıstan, 12 Polşa, 11 Meksika, 10 Nigeriya, 10 Belarus, 10 Bolqariya, 10 Konqo Demokratik, 9 Böyük Brityaniya, 9 Kanada, 8 Braziliya və 8 Qazaxıstan vətəndaşı təxliyə olunub.

Siyahıda həmçinin BƏƏ, Slovakiya, Belçika, Rumıniyanın hər biri üzrə 6 vətəndaş, Serbiya, İsveçrə, Çexiya, Əfqanıstan, Avstriya, Hindistanın hər biri üzrə isə 5 vətəndaş, İordaniya, Banqladeş, Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt, Bəhreyn, ABŞ, Finlandiya və Niderlandın hər biri üzrə 4, Qətər, Filippin, Xorvatiya, Danimarkanın hər biri üzrə 3 vətəndaş, Nepal, Livan, Yəmən, Qırğızıstan, İsveç, Sudan, Kipr, Sloveniyanın hər biri üzrə 2 vətəndaş yer alıb.

Eyni zamanda Tunis, Cənubi Afrika, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Hersoqovina, Latviya, Misir, Avstraliya və Belisin hər biri üzrə isə 1 nəfər təxliyə edilib.

Chosen
41
3
turkic.world

10Sources