“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Rodriqo Fransisko Fernandesi heyətinə qatıb. 25 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
O, daha əvvəl "Sportinq"in aşağı yaş qruplarından ibarət və əvəzedici komandalarıda, həmçinin "Portu"nun B komandasında oynayıb.